Emin Mahmudov üçün əlamətdar tur
Azərbaycan Premyer Liqasının XXX turunda “Qəbələ” ilə keçirilən oyun “Neftçi”nin kapitanı Emin Mahmudov üçün əlamətdar olub.
Sportline.az xəbər verir ki, yarımmüdafiəçi penaltidən fərqlənməklə klubun tarixinə düşüb.
Belə ki, komandasının 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmada təsəlli topunun müəllifi olan Emin cari mövsüm penaltidən 7-ci qolunu vurub.
Bununla 31 yaşlı orta sahə oyunçusu “Neftçi”nin heyətində bir mövsümdə penaltidən ən çox qol vuran oyunçu rekordunu ələ keçirib.
Emindən əvvəl 4 oyunçu hərəyə 6 penalti qolu ilə rekordu bölüşdürürdü. 1992-ci ildə Yunis Hüseynov, 2009/10 mövsümündə Adrian Neaqa, 2015/16 mövsümündə Ruslan Qurbanov, 2020/21 mövsümündə isə Namik Ələskərov 6 dəfə fərqlənib.
Ruslan Qurbanovın bir zərbəsi də qeyri-dəqiq olub.