"Əminəm ki, mənim üçün uğurlu mövsüm olacaq"

"Roma"nın hücumçusu Andrea Belotti yeni mövsümlə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, təcrübəli futbolçu Сorriere dello Sport nəşrinə müsahibəsində belə deyib: "Bu mövsümün uğurlu alınacağına əminəm. Çünki zədələrimi tam sağaltmışam. İlk gündən işimə məsuliyyətlə yanaşsam, bu, oyunumda əksini tapacaq. Biz güclü komandayıq. Yüksək nəticələr haqqında düşünməyimiz normal sayılmalıdır".

Qeyd edək ki, 29 yaşlı forvard ötən mövsüm bütün turnirlərdə keçirdiyi 47 oyunda 4 qol və 2 asistlə yadda qalıb.