Çempionlar Liqasında həftənin futbolçusu

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Sportline.az xəbər verir ki, bu ada "Liverpul"un yarımmüdafiəçisi Tyaqo Alkantara layiq görülüb.

İspaniyalı futbolçu "Vilyarreal" 2:0 hesabı ilə qalib gəldikləri matçda 97 faiz dəqiq ötürmə ilə yadda qalıb, həmçinin 10,93 km məsafə qət edib.