Ən çox hansı komandanın azakeşi həbs edilib?

İngiltərədə 2019/20 mövsümündə azarkeşləri daha çox həbs edilən klublar bəlli olub.

Sportline.az xəbər verir ki, “Daily Star” nəşri bununla əlaqədar Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatlarına əsaslanaraq araşdırma aparıb. Məlum olub ki, “Lids”in fanatları daha çox qayda pozublar. Bu klubun 52 azarkeşi müxtəlif hərəkətlərə görə həbs ediliblər. Onlardan 19 nəfəri ictimai asayişi pozduğuna, 15 nəfəri içkili halda xuliqanlıq, 10 nəfər zorakılıq etdiyinə, 3 nəfəri kənar əşya atdığına, 2 nəfəri meydançaya girdiyinə, 3 nəfəri isə silah və pirotexniki vasitə gəzdirdiyinə görə saxlanılıb.

Siyahıda sonrakı yerləri “Birmingem” (49), “Bolton” (45), “Aston Villa” (31), “Vest Hem” (30), “Mançester Siti” (29) və “Kardiff” (27) tutublar.