Ən yaxşı seçildi
DÇ-2026-nın 1/8 finalında keçirilən ABŞ - Belçika matçının ən yaxşı oyunçusu bəlli olub.
Sportline.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Şarl de Ketelare layiq görülüb.
Belçika millisinin hücumçusu 4:1 hesabı ilə qalib gəldikləri görüşdə dubl edib və 1 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Belçika millisi bu qələbə sayəsində 1/4 finala yüksəlib, ABŞ isə mübarizəni dayandırıb.