Enzonun qolundan sonra Buenos Ayres küçələrində möhtəşəm coşqu yaşandı

Argentina millisinin futbolçusu Enzo Fernandezin vurduğu qoldan sonra paytaxt Buenos Ayresdə böyük sevinc yaşanıb.

Sportline.az “Mundo Deprtivo” nəşrinə istinadən xəbər verir ki, Enzonun qolundan sonra minlərlə azarkeş küçələrə axışaraq komandanın uğurunu böyük coşqu ilə qeyd edib. Paytaxtın müxtəlif nöqtələrində Argentina bayraqları dalğalanıb, azarkeşlər mahnılar oxuyaraq bayram ab-havası yaradıblar.

Buenos Ayres küçələrində yaşanan həmin emosional anlar sosial şəbəkələrdə də geniş maraqla qarşılanıb. 

Banner