Erik Kantonanın adı "Şöhrət zalı"nda

"Mançester Yunayted"in əfsanəvi futbolçusu Erik Kantonanın adı Premyer Liqanın "Şöhrət zalı"na daxil edilib.

Sportline.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Kantona adı "Şöhrət zalı"na daxil olunan 3-cü futbolçudur. Daha əvvəl "Arsenal"ın əfsanəvi futbolçusu Tyeri Anri və çempionatın bombardiri Alan Şirerin də adı burada yer alıb.

Qeyd edək ki, Kantona 1992-97-ci illərdə "qırmızı şeytanlar"da oynayıb. O, komanda ilə 4 dəfə Premyer Liqanın, 2 dəfə İngiltərə kubokunun və 3 dəfə ölkə Superkubokunun qalibi olub.