Erik Tenq Haq Reşforda eyham vurdu
"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq komandada intizamın vacibliyindən söz açıb.
Sportline.az xəbər verir ki, niderlandlı mütəxəssis bu sarıdan daim problemlə üzləşən Markus Reşfordla da bağlı fikrini bölüşüb.
"Bazadan kənarda düzgün və intizamlı həyat sürmədən lazımı səviyyəyə çatmaq mümkün deyil. Düşünürəm ki, o, bunu dərk edirdi. Hər bir futbolçu bu həqiqəti qəbul etməlidir", - deyə Ten Haq "Sky Sports Football"a düşüncələrini bölüşüb.
Qeyd edək ki, ötən mövsüm uğursuzluqla üzləşən Markus Reşford tədricən oyun keyfiyyətlərini yüksəltməkdədir.
O, son iki qarşılaşmada iki qol və bir məhsuldar ötürmə müəllifi olub.