Erməni məşqçi Azərbaycana məğlubiyyətdən danışdı
“Heç bir təzyiq yox idi. Bacardığımız qədər oynadıq”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu kişi həndbolçulardan ibarət Ermənistan millisinin baş məşqçisi Ararat Barseqyan deyib.
Çalışdırıcı Bolqarıstanda İnkişaf etməkdə olan ölkələrin çempionatında çıxışlarını şərh edib. Yarışda sonuncu olan ermənilərin baş məşqçisi Azərbaycanla görüşdən də danışıb. O bildirib ki, 21:39 hesablı məğlubiyyətdə millimizin güclü olması öz sözünü deyib: “Azərbaycan millisi yaxşı komandadı. Amma biz də gənc yığmayıq və inkişaf etməkdəyik”.