Ermənistan - Türkiyə oyunu ispanlara tapşırıldı

Avropa çempionatının seçmə mərhələsində martın 25-də keçiriləcək Ermənistan - Türkiyə oyununun hakimləri açıqlanıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Xose Mariya Sançes olacaq. Ona yan xətt hakimləri Raul Kabanero və İniqro Prieto kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mario Melero Lopes yerinə yetirəcək.

Görüş saat 21:00-da başlayacaq.