Ernest Ağakişi Avropa çempionatında

Çimərlik həndbolu həvəskarlarını qarşıda maraqlı yarış gözləyir. Söhbət növbəti Avropa çempionatından gedir.

Sportline.az xəbər verir ki, iyulun 7-də start veriləcək qitə miqyaslı mötəbər yarış Çexiya paytaxtı Praqada təşkil olunacaq.

Avropa çempionatına dəvət alan EHF nümayəndələri sırasında təcrübəli həndbol hakimi Ernest Ağakişinin də adı var.

Beynəlxalq dərəcəli referi nüfuzlu yarışda ölkəmizi təmsil edəcək. Avropa çempionatının qalibi iyulun 10-da müəyyənləşəcək.