Estoniya futbolunun bərpa tarixi

Koronavirusa görə dayandırılan Estoniya yüksək liqası davam etdiriləcək.

Sportline.az xəbər verir ki, yarış rəhbərliyi mayın 19-da liqanın bərpa olunacağını açıqlayıb.

Hökumət açıq idman tədbirlərinin keçirilməsinə icazə verib.

Estoniya çempionatı 1-ci turun oyunlarından sonra təxirə salınmışdı. Mayın əvvəlində isə klublar məşqlərə başlamışdı.