Ethan Vaneri "Arsenal"dan ayrılacaq?

"Arsenal"ın ingiltərəli futbolçusu Ethan Vaneri mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "Just Arsenal" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid", "Milan" və "Paris Sen-Jermen" Vaneri ilə yaxından maraqlanır.

18 yaşlı vingerin transfer qiyməti 60 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Vaneri bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 8 qol və 1 asistlə yadda qalıb.