"Everton" 38 yaşlı futbolçu ilə müqavilə uzadıb
"Everton" klubu təcrübəli oyunçusu Eşli Yanq ilə yeni müqavilə imzalayıb.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, ingiltərəli futbolçu daha bir il Mersisaydlıların şərəfini qoruyacaq.
Yanq daha əvvəl "Uotford", "Aston Villa", "Mançester Yunayted" və "İnter"də çıxış edib. Futbolçu “Mançester Yunayted”lə 1 dəfə İngiltərə çempionu olub, İngiltərə Kubokunu, Liqa Kubokunu və ölkə Superkubokunu qazanıb, həmçinin Avropa Liqasının qalibi olub. "İnter"lə isə Seria A çempionluğu yaşayıb.
Qeyd edək ki, yarımmüdafiəçi İngiltərə millisinin heyətində 39 oyunda çıxıb və 7 qol vurub.