"Everton" "Çelsi"yə elçi düşüb

"Everton" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Çelsi"nin ingiltərəli futbolçusu Kiernan Düysbiri-Holl karyerasını "Everton"da davam etdirməyə yaxındır.

Mersisayd klubu 26 yaşlı futbolçu üçün "Çelsi"yə 30 milyon avro təklif edib.

Qeyd edək ki, Kiernanın London klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub. 

O cari mövsüm çıxış etdiyi 16 matçda 2 qol və 2 asistlə yadda qalıb.