EYOF: İlk yarış günündə üç medal

Slovakiyanın Banska-Bistritsa şəhərində keçirilən 16-cı Avropa Gənclərinin Yay Olimpiya Festivalının ilk yarış günü başa çatıb.

Sportline.az xəbər verir ki, Azərbaycan cüdoçuları bu gün fərdi yarışlarda 4 çəki dərəcəsində mübarizəyə qoşulublar. Yarışın ilk günündə 3 cüdoçumuz medal qazanıb.

Oğlanların mübarizəsində -55 kq çəkidə Murad Əliyev və -60 kq çəkidə Nurlan Kərimli yarışı gümüş medallarla başa vurub.

Qızlar arasında isə 48 kqda yarışan Könül Əliyeva final görüşünün nəticəsində gümüş medala sahib olub.