EYOF-da Azərbaycanı təmsil edəcək cüdoçular

Slovakiyanın Banska-Bistritsa şəhərindəki XVI Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlanıb.

Federasiyadan Sportline.az saytına verilən məlumata görə, baş məşqçi Elxan Məmmədov və məşqçi Elnur İsmayılovun rəhbərliyi altında 12 idmançı mübarizə aparacaq.

Oğlanlar

55 kq

Murad Əliyev

60 kq

Nurlan Kərimli

66 kq

Eltac Yusifli

73 kq

Qadir Hüseynov

81 kq

İsmayıl Zamanov

100 kq

Əjdər Bağırov

+100 kq

Kənan Nəsibov

Qızlar

44 kq

Xumar Qasımzadə

48 kq

Könül Əliyeva

52 kq

Aydan Vəliyeva

57 kq

Fidan Əlizadə

+78 kq

Nigar Süleymanova

Qeyd edək ki, EYOF 24 - 30 iyulda baş tutacaq. Cüdo yarışları 26 - 30 iyulda gerçəkləşəcək.