Əziz Yıldırım mətbuat konfransı keçərəcək
"Fənərbağça"nın konqres üzvlərinin iclasında prezident Ali Koç eks-prezident Əziz Yıldırım haqqında sərt danışıb.
Sportline.az xəbər verir ki, Ali Koç iclasda Əziz Yıldırımın kluba qarışmamasını tələb edib. Bundan sonra Koç iclasda fitə basılıb, etirazlara məruz qalıb.
Bu gün isə Əziz Yıldırım bütün olanlara cavab vermək üçün mətbuat konfransı keçirəcəyini bildirib.
Mətbuat konfransı sabah Bakı vaxtı ilə saat 15:00-da olacaq.