Fatih Terim "Qalatasaray"a qayıdır?

Super Liqanın son turunda "Beşiktaş"a uduzan "Qalatasaray"da vəziyyət gərgin olaraq qalır. SportLine.az xəbər verir ki, rəhbərlik baş məşqçi İqor Tüdoru vəzifəsindən göndərməyə hazırlaşır. 

Bir neçə gün öncə İstanbul təmsilçisinin Loran Blanla danışıqlara başladığı bildirilsə də, namizədlərə daha bir ad əlavə olunub - Fatih Terim.

Goal.com saytının xəbərinə görə, klub prezidenti Dursun Özbək idarə heyətinin son iclasında İ.Tüdorun tezliklə göndərilməsinin vacibliyi qeyd edib. O, namizəd kimi L.Blanın adını çəksə də, idarə heyətinin bir çox üzvü F.Terimin komandaya gətirilməsinin tərəfdarı olduğu bildirilib. 

"Qalatasaray"ın yeni baş məşqçisinin qış transfer pəncərəsi ərəfəsində açıqlanacağı gözlənilir.