Favoritlər növbəti qələbələrini qazanıblar
Kişi həndbolçuların ölkə çempionatında 11-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, çempionatın vahid lideri - “Məhsul”, mövqeyini qorumaq üçün, bu tur U-16 komandasını məğlub etməli idi. Matçın favoriti tapşırığın öhdəsindən asanlıqla gəlib – 32:21.
Lideri qarabaqara izləyən “Bakı” kollektivi də turu qələbə ilə başa vurub. Paytaxtın eyni adlı təmsilçisi, “Təhsil” komandası üzərində 37:26 hesabı ilə qələbə qazanıb.
11 oyundan 20 xal toplayan “Məhsul” bütün rəqiblərini qabaqlayır. “Bakı” ondan iki xal geri qalır. “Təhsil” 6 xalla 3-cü pillədə qərarlaşıb. Aktivinə xal yazdıra bilməyən U-16 çempionatın autsayderidir.