Favoritlər asan qələbə qazandılar
Qadın həndbolçuların ölkə çempionatında 18-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, son oyun günündə keçirilən görüşlər favoritlərin asan qələbəsi ilə nəticələnib. "Azərsu" "Gənclərbirliyi"ni 41:16, "Azəryol" isə, "İdman Akademiyası"nı 36:18 hesabı ilə məğlub edib.
Xatırladaq ki, tura Mingəçevirdə start verilmişdi. "Kür" Olimpiya İdman Mərkəzində keçirilən açılış matçında yerli "Nur" "Qarabağ"ı gərgin mübarizənin yekununda 31:30 hesabı ilə üstələmişdi.