Favoritlərin duelində gərgin mübarizə

Kişi həndbolçuların Azərbaycan çempionatında 3-cü turun oyunları da arxada qalıb.

Sportline.az xəbər verir ki, bu gün ABU-Arena idman kompleksində iki qarşılaşma olub. Daha böyük maraqla gözlənilən “Məhsul”-“Bakı” matçı gərgin mübarizə şəraitində keçib. Yarışın əsas favoritlərinin görüşü 27:22 hesabı ilə "Məhsul"un qələbəsi ilə nəticələnib. “Təhsil”-“U16” oyununda isə, gözlənildiyi kimi nominal meydança sahibi inamlı qələbə qazanıb - 41:20.

Üç oyundan 6 xal toplayan "Məhsul" yarış cədvəlinin şəriksiz lideridir. Son ölkə çempionu "Bakı" 4 xalla ikinci, "Təhsil"

 2 xalla 3-cü yerdədir. Keçirdiyi hər üç görüşdə məğlub olan U-16 sonuncu pillədə qərarlaşıb.

 

yer

Komanda

O

Q

H

M

T

X

1.

Məhsul

3

3

0

0

89-62

6

2.

Bakı

3

2

0

1

108-64

4

3.

Təhsil

3

1

0

2

89-80

2

4.

 U - 16

3

0

0

3

50-108

0

 

 

 

.