Favoritlərin inamlı qələbələri
Həftəsonu qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olub.
Sportline.az xəbər verir ki, XV turda autsayder “U-16” komandası ilə qarşılaşan “Qarabağ” gözlənildiyi kimi pərəstişkarlarını inamlı qələbə ilə sevindirib – 51:20. Turun “Azərsu” – “İdman Akademiyası” matçında da sürpriz qeydə alınmayıb. Oyun meydançaya favorit qismində çıxan nominal qonaqların 42:19 hesablı qələbəsi ilə nəticələnib.
XVI turun görüşləri də eyni ssenari ilə yadda qalıb. Bu dəfə meydançaya ev sahibi kimi çıxan “Qarabağ” “U-16”anı daha böyük hesabla məğlub edib – 46:12. “İdman Akademiyası” həndbolçuları isə “Azərsu” komandasına göz açmağa imkan verməyib – 42:14.
“Azəryol” 34 xalla çempionatın vahid lideridir. “İdman Akademiyası” ondan 8 xal geri qalır. “Qarabağ” 24 xalla üçüncüdür. “Azərsu”nun 9, “U-16”nın 3 xalı var.