Favoritlərin növbəti qələbələri

Kişi həndbolçuların Azərbaycan çempionatının lideri “İdman Akademiyası” uğurlu oyunlar seriyasını davam etdirir.

AHF-dən Sportline.az-a verilən məumata görə, “Tələbələr” XIX turda “Təhsil”lə qarşılaşıblar. Gərgin və maraqlı mübarizə ilə yadda qalan görüş 30:25 hesabı ilə “İdman Akademiyası”nın xeyrinə nəticələnib. Turun “U-16” – “Məhsul” görüşü də nominal qonaqların qələbəsi ilə başa çatıb - 44:18. “Dinamo” isə RİOEUGİM komandasını 47:25 hesabı ilə məğlub edib. 
XX turun oyunlarında da gözlənilməz nəticə qeydə alınmayıb. 
“Təhsil” bu turda da “İdman Akademiyası”na ciddi müqavimət göstərsə də məğlubiyyətdən qurtula bilməyib – 22:26. “Məhsul” “U-16”ya bu dəfə 36: 22, “Dinamo” RİOEUGİM-ə 48:17 hesabı ilə qalib gəlib.
Aktivində 45 xal olan “İdman Akademiyası” çempionatın vahid lideridir. “Məhsul” 35 xalla ikinci, “Dinamo” 30 xalla üçüncü pillədə qərarlaşıb. 4-cü yerdəki “Təhsil”in 27 xalı var. RİOEUGİM-lə “U-16” komandası hərəyə 3 xalla 5-ci, 6-cı yerləri bölüşür. “Bakı” 1 xalla çempionatın autsayderidir.