Federasiyada yenilik

Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən Ənənəvi Karate-Do Federasiyasının tərkibinə 3 yeni təşkilat daxil olub.

Sportline.az xəbər verir ki, bunlar Şito Ryu Karate do təşkilatı, AYAZ Karate do klubu və Fudokanın Azərbaycan nümayəndəliyidir.

AKF-nin baş ofisində yuxarıda adları sadalanan klublarla Ənənəvi Karate-Do Federasiyası arasında qarşılıqlı müqavilə imzalanıb.