Federiko Valverde "Mançester Siti" ilə görüşün ən yaxşısı seçilib

Federiko Valverde "Mançester Siti" ilə görüşün ən yaxşısı seçilib.

Sportline.az xəbər verir ki, ilk görüşdə oyunun sonlarına doğru mükəmməl zərbə ilə hesaba tarazlıq gətirən (3-3) Federiko Valverde cavab görüşünün ən yaxşı futbolçusu seçilib. 

Federiko Valverde 2018-ci ildə "Real Madrid" klubuna qatılıb və komanda ilə çıxdığı turnirlərdə 10 kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, Federiko Valverdə bu mövsüm "Real Madrid" forması ilə 45 oyunda meydana çıxıb və 2 qol, 8 asistlə yadda qalıb.