"Fənərbağça" ingiltərəli futbolçuya təklif göndərəcək
“Fənərbağça” məşhur ingiltərəli futbolçu Cessi Linqardı heyətinə qatmaq niyyətindədir.
Sportline.az Daily Mail nəşrinə istinadla xəbər verir ki, hücumameylli yarımmüdafiəçi “Notingem Forest”dəki durumundan narazıdır.
“Fənərbağça”nin ona iyun ayında rəsmi təklif göndərəcəyi bildirilir.
Qeyd edək ki, Cessi Linqardın bu mövsüm İngiltərə Premyer Liqasında məhsuldarlıq göstəricisi yoxdur.