"Fənərbağça" - "Beşiktaş": Derbi rəqəmlərin gözü ilə
Türkiyə Super Liqasının 27-ci turu İstanbul derbisi ilə əlamətdar olacaq.
Sportline.az xəbər verir ki, əzəli rəqiblər indiyədək 357 dəfə üz-üzə gəliblər.
Bu oyunlardan 133-də "Fənərbağça", 126 dəfə "Beşiktaş" qələbə qazanıb.
Komandaların cari mövsümün ilk dğvrəsindəki dueli 0-0 hesabı ilə nəticələnib.
Qeyd edək ki, sabah "Şükrü Saracoğlu" arenasında keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə 21:30-da səslənəcək.