"Fənərbağça" fanatlarına şad xəbər

"Fənərbağça" Türkiyə Super Liqasının 32-ci turunun "Sivasspor"la oyununa hazırlığı davam etdirir.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, zədəsini sağaldan Mişi Batşuainin də bu görüşdə meydana çıxacağı gözlənilir. 

Artıq komanda ilə məşqlərə başlayan belçikalı hücumçunun tam sağaldığı bildirilir.