"Fənərbağça" italiyalı mütəxəssislə danışıqlara başladı

“Fənərbağça”nı yeni mövsümdə Vinçenso Montello çalışdıra bilər.

Sportline.az GOAL.com-a istinadla xəbər verir ki, İstanbul təmsilçisi italiyalı mütəxəssislə danışıqlara başlayıb.

Tərəflərin anlaşmağa çox yaxın olduğu bildirilir.

Qeyd edək ki, “Adana Demirspor”la müqaviləsi bitən Montella Jorje Jesusu əvəzləməyə real namizədlərdən sayılır.

 

Banner