"Fənərbağça" klubu "Mançester Yunayted"in hücumçusu ilə maraqlanır

"Fənərbağça" klubu "Mançester Yunayted"in hücumçusu ilə maraqlanır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər" İngiltərə klubunun 25 yaşlı hücumçusu Anton Marsial üçün təklif göndərəcək.

İtaliyanın "İnter" klubu da fransalı hücumçunun transferində maraqlı olduğundan "Fənərbağça" klubu təklif edəcəyi məbləğ barədə düşünür.

Qeyd edək ki, Antoni Marsial özü də "Mançester Yunayted"dən ayrılmaq istədiyini bildirib.