"Fənərbağça" klubu üçün son qərar günü
"Fənərbağça" klubu üçün son qərar günü.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-lacivətrlər"in prezidenti Ali Koç bu gün keçiriləcək iclasda 3 variantı dəyərləndirəcək.
Belə ki, komanda liqadan çəkilə, başqa ölkənin liqasında çıxış edə bilər və ya müvəqqəti olaraq fəaliyıtini dayandıra bilər.
Qeyd edək ki, "Fənərbağça" klubu aprelin 7-də "Qalatasaray"la Super Kubok görüşündə meydana 19 yaşlılardan ibarət komandanı buraxacaq.