“Fənərbağça” Niderlanda bu heyətlə yollanacaq
“Fənərbağça” Avropa Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “AZ Alkmar” ilə matç üçün heyətini açıqlayıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, heyətdə 22 futbolçu yer alıb.
Qapıçılar Dominik Livakoviç, İrfan Can Eyribayat, Ertuğrul Çetin. Meydan oyunçuları Mert Müldür, Brayt Osayi Samuel, Çağlar Söyüncü, Rodriqo Bekao, Samet Akaydın, Yusuf Akçiçek, İsmayil Yüksek, Sofyan Amrabat, Sebastiyan Şimanski, Mert Hakan Yandaş, Fred, Duşan Tadiç, Allen San Maksimen, Edin Ceko, Yusuf En-Nesri, Cenk Tosun, Şükür Toğrak, Zeki Dursun və Kaan Akyazı meydana çıxmağa hazırdır.
İrfan Can Kahveci, Cengiz Ünder və Aleksander Ciku isə zədə səbəbindən matçda iştirak etməyəcəklər.
Qeyd edək ki, “Az-Alkmar” – “Fənərbağça” matçı noyabrın 7-si saat 00:00-da başlayacaq. Görüşü şotlandiyalı hakim Con Biton idarə edəcək.