"Fənərbağça" Rusiya şirkəti ilə müqavilə bağlayır
Türkiyənin "Beşiktaş" klubu ilə Rusiyanın "Qazprom" şirkəti arasında anlaşma düyünə düşüb.
Sportline.az "Fotospor"a istinadla xəbər verir ki, buna UEFA tərəfindən xəbərdarlıq və şirkət tərəfindən bəzi tələblər səbəb olub.
Hazırkı vəziyyət Türkiyənin digər klubu - "Fənərbağça"nın xeyirinə işləyə bilər.
Son vaxtlar "Zenitlə əlaqələri genişləndirən İstanbul nəhənginin "Qazprom"la anlaşacağı haqda xəbərlər dolaşmaqdadır.
"Beşiktaş"la Rusiya şirkətinin anlaşa bilməməsində "Fənərbağça"nın prezidenti Ali Koçun adı hallanır.
İddiaya görə o, sözügedən şirkətin öz klubu ilə sponsorluq müqaviləsi imzalamasına çalışır.
Qeyd edək ki, "Beşiktaş"ın titul sponsorluğu müqaviləsindən 3 ilə 60 milyon avro qazanacağı bildirilirdi.