“Fənərbağça” Tadiçə yeni müqavilə təklif edib

“Fənərbağça”nın serbiyalı futbolçusu Duşan Tadiç klubla yeni müqavilə imzalamağa yaxındır.

Sportline.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, “Fənərbağça” rəhbərliyi 35 yaşlı futbolçuya 2 illik yeni müqavilə təklif edib.

Duşan Tadiçin bu təklifə müsbət yanaşdığı bildirilir.

Müqavilənin şərtləri yaxın günlərdə rəsmi olaraq açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Tadiçin hazır ki müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.