"Fənərbağça" transferə hazırlaşır

Türkiyə Super Liqasında çempionluq uğrunda mübarizə aparan “Fənərbağça” gələn mövsüm  üçün planlar qurmağa başlayıb. 

Sportline.az GOAL.com-a istinadla xəbər verir ki, yay fasiləsində transfer etmək istədikləri sol cinah oyunçusu Rayan Kent “Qlasqo Rencers”dən ayrılıb.

“Fənərbağça”nı sevindirən xəbəri klubun rəsmi saytında paylaşıblar.

“Sarı-lacivərt”lərin oyunçuya geri çevirə bilməyəcəyi təklif hazırladığı bildirilir.