“Fənərbağça”da ciddi itki

“Fənərbağça”nın 29 yaşlı futbolçusu İrfan Can Kahvecinin zədələndiyi açıqlanıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli oyunçu “Trabzonspor” ilə matçda ayağından zədə alıb.

İrfan Can Kahvecinin müalicəsi davam edir. Oyunçunun ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, İ.Can Kahveci bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 1 qol və 2 asistlə yadda qalıb.