"Fənərbağça"da islahatlar: 8 futbolçu komandadan gedə bilər
"Fənərbağça"dan "yarpaq dökümü" başlanacaq.
Sportline.az xəbər verir ki, baş məşqçi Jorji Jezuş komandada görmək istəmədiyi futbolçuların siyahısını hazırlayır.
Türkiyə mətbuatının məlumatına görə, bu say 8-13 arasında dəyişə bilər.