"Fənərbağça"dan "Başakşəhər"ə
Türkiyə Superliqasının son qalibi "Başakşəhər" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Fənərbaxça"dan ayrılan Hasan Ali Kaldırımı transfer edib. 30 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, H.A.Kıldırım Türkiyə millisinin üzvüdür.