"Fənərbağça"dan İngiltərə klubuna

“Fənərbağça”dan ayrılan Matias Yorgensenin yeni iş yeri müəyyənləşib.

Sportline.az xəbər verir ki, 31 yaşlı danimarkalı müdafiəçi İngiltərənin “Brentford” klubuna transfer olunub.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Zanka" ləqəbli mərkəz müdafiəçisi yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Yorgensen 2019-cu ildən “Fənərbağça”da çıxış edirdi.