"Fənərbağça"dan şok xal itkisi
Türkiyə Superliqasında 31-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, son oyun günündə daha 3 görüş keçirilib.
“Girəsunspor” – “Başakşehir” və “Antalyaspor” – “Sivasspor” görüşləri qonaqların qələbəsilə yekunlaşıb.
“Fənərbağça” isə evdə “İstanbulspor”la üz-üzə gəlib. 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 3:3.
24 aprel
"Girəsunspor" – "Başakşehir" - 2:4
Qol: Sayns, 63; 90 – Yanuzay, 16; 35. Fiqeyredo, 25; 45+2.
"Antalyaspor" – "Sivasspor" - 1:2
Qol: Larsson, 49 – Yatabare, 4. Qradel, 22.
"Fənərbağça" – "İstanbulspor" - 3:3
Qol: A.Güler, 25; 51. J.Pedro, 71 – Ethemi, 57-pen; 66. Eze, 90+6
Hazırda "Qalatasaray” 70 xalla turnir cədvəlinin vahid lideridir. “Fənərbağça” 64 xalla ikinci, “Beşiktaş” 62 xalla üçüncü pillədə qərarlaşıb.