“Fənərbağça”nın 3 futbolçusu sıradan çıxıb
İstanbul nəhəngi “Fənərbağça”da "Az Alkmar" matçı öncəsi önəmli futbolçularının yoxluğu diqqət çəkib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İrfan Can Kahveci, Cengiz Ünder və Aleksander Ciku son məşqdə iştirak etməyiblər.
Hər üç futbolçunun zədəsinin olduğu bildirilir.
“Az Alkmar” ilə matçda iştirak etməli sual altındadır.
Qeyd edək ki, “Az Alkmar” – “Fənərbağça” matçı noyabrın 7-si saat 00:00-da başlayacaq.