"Fənərbağça"nın baş məşqçisi müəyyənləşdi
"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Vitor Pereyra təyin olunub. Onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2015/2016 mövsümündə də İstanbul təmsilçisini çalışdırıb. Onun son klubu "Şanxay SİPQ" (Çin) olub.
Xatırladaq ki, "Fənərbağça"da bu ilin mart ayında baş məşqçi Erol Bulut istefaya göndəriləndən sonra komanda Emre Belözoğluna tapşırılmışdı. E.Belözoğlu ilə də ötən ayın əvvəli yollar ayrılmışdı.