"Fənərbağça"nın futbolçusu "Spartak"da
"Fənərbağça"nın futbolçusu Aleksander Ciku karyerasını Rusiyada davam etdirəcək.
Sportline.az xəbər verir ki, qanalı müdafiəçi "Spartak"ın formasını geyinəcək.
Bu haqda Moskva klubunun rəsmi səhifəsində məlumat yayılıb.
31 yaşlı futbolçu "Fənərbağça"da keçirdiyi 75 oyunda 4 qol, 2 asist müəllifi olub.
Qeyd edək ki, Ciku, "Strasbur", "Kann" və "Bastiya" komandalarının da şərəfini qoruyub.