"Fənərbağça"nın yeni transfer hədəfi

Bu mövsüm də çempionluq üçün yarışacaq "Fənərbağça" heyəti gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, istanbulluların yeni transfer hədəfi üzə çıxıb.

Türkiyə mətbuatında yayılan xəbərə görə, "sarı-lacivərdlilər" "Betis"in yarımmüdafiəçisi Quido Rodrigesi heyətə qatmağa hazırlaşırlar.

"Barselona"ya keçidi alınmayan futbolçunun "Fənər"ə transferi real hesab olunur.

Hər halda ilkin danışıqların nəticəsi belə deməyə əsas verir.

Qeyd edək ki, argentinalı yarımmüdafiəçi son mövsümdə meydana çıxdığı 29 oyunda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.