Ferdi Kadıoğlu yeni komandasında ilk qolunu vurub
İngiltərə Liqa Kubokunun 3-cü tur oyununda "Brayton" doğma meydanda "Vulverhempton"la qarşılaşıb.
Sportline.az xəbər verir ki, 3-2 hesabı ilə bitən görüşdə meydan sahiblərinin üçüncü qolunu türkiyəli futbolçu Ferdi Kadıoğlu vurub.
82-ci dəqiqədə meydana daxil olan Ferdi 85-ci dəqiqədə adını tabloya yazdırıb. "Brayton"un digər qollarını Karlos Baleba və Simon Adinqra vurub. "Vulverhempton" adına isə Qonçalo Quedeş və Tomay Doyl fərqlənib.
Xatırladaq ki, Ferdi Kadıoğlu yay transfer pəncərəsində "Fənərbağça"dan "Brayton"a 30 milyon avro qarşılığında transfer olunub.