Fərid Qayıbov federasiya prezidenti ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev və Su İdmanı Sarayının direktoru Elçin Həsənovla görüşüb.

Sportline.az "Report"a istinadən xəbər verir ki, görüş zamanı nazirə milli komandaların hazırlıq prosesi, federasiyanın fəaliyyəti, görülən işlər, çətinliklər, qarşıda duran vəzifələr barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.

Daha sonra F.Qayıbov Su İdman Sarayının fəaliyyəti və imkanları ilə yaxından tanış olub.