Fermin Lopez "Barselona"dan ayrıla bilər

"Barselona"nın ispaniyalı futbolçusu Fermin Lopez mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" F.Lopez üçün Kataloniya klubuna 50 milyon avro ödəməyə hazırdır.

21 yaşlı yarımmüdafiəçinin "Barselona" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Fermin Lopez bu mövsüm çıxış etdiyi 34 matçda 5 qol və 8 məhsuldar ötürmə müəllifi olub.