Ferqüson və Venger Şöhrət Zalında
İngiltərədə daha iki futbol funksionerinin adı Premyer Liqanın Şöhrət Zalına daxil edilib.
Sportline.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, bunlar əfsanəvi baş məşqçilər Ser Aleks Ferqüson və Arsen Vengerdir.
Qeyd edək ki, Ferqüson 13 dəfə "Mançester Yunayted"lə, Venger isə 3 dəfə "Arsenal"la ölkə çempionu olub. 2021-ci ildə açılan Şöhrət Zalına daha əvvəl bir neçə futbolçunun adı daxil edilib.