FİDE reytinqi: Şəhriyar Məmmədyarov irəlilədi

Beynəlxalq Şahmat Federasiyasının yeni reytinqi açıqlanıb. 

Sportline.az xəbər verir ki, noyabr ayına olan cədvəldə qrossmeysterimiz Şəhriyar Məmmədyarov 2 pillə irəliləyib. Aktivinə 8 reytinq xalı yazdıran 32 yaşlı şahmatçı 2799 xalla 4-cü pillədədir

Digər təmsilçimiz Teymur Rəcəbov 2741 xalla iki pillə geriləyərək 19-cu yerə enib. 

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen 2837 xalla başçılıq edir. Ermənistanlı Levon Aronyan 2801 xalla 2-ci, ABŞ təmsilçisi Fabiano Karuana isə 2799 xalla 3-cü pillədədir.